Filippin: Koppu qasırğasının ardınca daşqın
Çap edildi
Filippinin şimal hissəsində güclü Koppu qasırğası nəticəsində azı 1 nəfər həlak olub, bir neçə adam itkin düşüb, minlərlə insan evlərini tərk etməli oub.
Koppu qasırğası nəticəsində qalxan küləyin sürəti 200 km/saat təşkil edib.
Luzon adasında torpaq sürüşməsi baş verib.
Qasırğanın vurduğu ərazilərdə elektrik naqilləri, taxta dirəklər və ağaclar qırılıb, torpaq sürüşməsi və daşqın baş verib, evlərə ciddi ziyan dəyib.