Honq Konqda üzgüçülük yarışında 2500 adam iştirak edib
Çap edildi
Honq Konqun Victoria buxtasında hər il təşkilən edilən üzgüçülük yarışında 2 min 500 adam iştirak edib.
Bu ənənəvi üzgüçülük yarışı 33 illik fasilədən sonra 5 il bundan əvvəl yenidən bərpa edilib.
Çoxillik fasiləyə səbəb isə limandakı suyun çirklənməsilə bağlı narahatlıq olmuşdu.
Həftəsonu keçirilmiş Üzgüçülük tədbirində 12 yaşdan tutmuş 60 yaşınadək olan və cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar iştirak edib.