Qadın tüstülənən avtomobildən xilas edilib
Çap edildi
ABŞ-da polis əməkdaşları və yoldan keçənlər yanacaq doldurma stansiyasına çırpıldıqdan sonra tüstülənməyə başlayan avtomobildəki qadını xilas ediblər.
Qəzadan sonra maşının qapıları avtomatik olaraq kilitlənib. Hadisə yerində olan stansiyanın işçisi xilasediciləri çağırıb.
Müşahidə kameralarına çəkilən videoda huşunu itirmiş qadının avtomobildən çıxarıldığını görmək olar.
Hadisə Pensilvaniya ştatında baş verib.
Video şərhsizdir.