Obama nitq zamanı ağlayır
Çap edildi
Çərşənbə axşamı günü ABŞ prezidenti Barack Obama bəyan edib ki, öz səlahiyyətlərindən istifadə edərək və Konqresin razılığı olmadan, odlu silah alanlar daha ətraflı araşdırmadan keçməli olacaqlar.
Obama, səbəb kimi ABŞ-da son zamanlar tez-tez baş verən kütləvi güllələbaranları göstərib və məsələ ilə bağlı Konqresin "fəaliyyətsizliyini" tənqid edib.
Cənab Obama, 2012-ci ildə Connecticut ştatındakı Sandy Hook məktəbində baş verən, 20 uşağın ölümü ilə nəticələnən qətliamı dilə gətirəndə təsirlənib.
"O uşaqlar yadıma düşəndə dəli oluram", ABŞ prezidenti göz yaşları içərisində deyib. "Həm də, belə hadisələr Chicago-da hər gün baş verir".