Dağlıq Qarabağda döyüşlər: Türkiyə, ABŞ və Çinin reaksiyası

Çap edildi

Son bir neçə gündə Dağlıq Qarabağın təmas xəttində baş verən atışma və insan təlafatına müxtəlif dövlətlərdən reaksiyalar gəlib.

Ankarada keçirilən mətbuat konfransında çıxış etmiş Türkiyə prezidenti Recep Tayyip Erdoğan “Türkiyənin Qarabağ məsələsindən Azərbaycanın yanında olduğunu” bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner təmas xəttində baş vermiş zorakılığı pislədiyini deyib və hər iki tərəfi hadisələrin daha da böyüməsinin qarşısını almağa çağırıb.

“Dinc sakinklər də daxil olmaqla çoxlu sayda ölənlər var. Bu çox pis xəbərdir,” cənab Toner bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hong Lei keçirdiyi ənənəvi mətbuat konfransında hər iki tərəfi təmkinli olmağa və problemin danışıqlar yolu ilə həllinə çağırıb.