Qəndahar: qızları məktəbdən uzaq salan adət-ənənə

Çap edildi

Əfqanıstanın Qəndahar vilayətində yerli adət-ənənə və sosial bərabərsizliyə görə məktəbə gedən qız uşaqlarının yalnız cüzi hissəsi təhsillərini başa vura bilir.

Son bir neçə ayda 70 qız, ailələri tərəfindən evdə qalmağa məcbur olunub.

Statistik rəqəmlərə əsasən, hər il 10 mindən çox qız Qəndahar məktəblərinə qəbul edilir, lakin orta məktəbi yalnız 500-ə yaxın qız bitirir.

Rəsmilərin bildirdiyinə görə, ailələrin yalnız 20 faizi qızlarını məktəbə vermək arzusundadır.

Qəndaharın 4 universitetində təhsil alan 15,000 tələbədən yalnız onda biri qız tələbədir.

Fəallar bu cür vəziyyətin yaranmasına görə günahı qadınların təhsil almalarının əleyhinə olan mollalarda görürülər.