Cemil Bayık: Türkiyədə ən çox axtarılan şəxslə müsahibə

Çap edildi

BBC müxbiri İan Pannel separatçı PKK qrupunun lideri Cemil Bayıkla görüşüb.

Kürdlərin silahlı qrupu həm Türkiyə həm də ki İslam Dövləti (İD) adlandırılan qruplaşmaya qarşı vuruşur.

PKK lideri Türkiyə ilə sülh danışıqlarına açıq olduğunu bildirib. Onun sözlərinə görə sülh razılaşması olmadan onilliklərdir ki, davam edən münaqişənin arası kəsilməyəcək.

Cemil Bayık İD-ə qarşı mübarizə məsələsində ABŞ-la PKK arasında bilavasitə təmasların olduğunu təsdiqləyib.