Pakistan: ailə zorakılığına qarşı səs qaldıran qadınlar

Çap edildi

Bu ilin əvvəlində Pəncab əyaləti assambleyası "Qadınların zorakılıqdan müdafiəsi” adlı qanun qəbul edib.

Qanunda qadınları mənəvi və iqtisadi təhqirə, ailədə zorakılığa məruz qoyanların cərimələnməsi nəzərdə tutulur.

Lakin İslam ideologiyası şurası həmin qanunun İslama zidd olduğunu bildirərək, sənədi rədd edib.

Şuranın qərarları icbari deyil. Qanunu rədd etdikdən sonra Şura Qadınların müdafiəsinə dair özü bir sənəd hazırlayıb.

Həmin sənəddə ərə arvadını yüngülcə döymək icazəsi verilir.

Qadın həkimlərə kişi xəstələrə baxmaq qadağan edilir.

4 aylıq hamiləlikdən sonra abort edənlər qatil sayılır.