Binali Yıldırım: "Almaniya bu gün dostluq testindən keçir"
Bundestaqda Osmanlı qüvvələrinin törətdiyi ermənilərin qətliamının "soyqırım" elan olunmasına dair gözlənilən səsvermə ilə bağlı Türkiyədə Baş nazir Binali Yıldırım bildirib ki, bu məsələ iki ölkə arasında "dostluğun sınağı olacaq".
"Dost saydığımız bəzi ölkələr onlarda daxili problemlər yarananda, vətəndaşlarının diqqətini başqa məsələlərə keçirməyə cəhd göstərir", Yıldırım vurğulayıb.
Onun təbirincə, Bundestaqda baxılan məsələ məhz belə cəhdin nümunəsidir.
Bundan əvvəl Ermənistan Almaniya parlamenti üzvlərini Türkiyəni qəzəbləndirən “soyqırım” məsələsinə dair səsvermədə möhkəm olmağa çağırıb.
Bundestaqda səsvermə ərəfəsində Ermənistan prezidenti Serj Sarkisyan Bild nəşrinə bildirib: "Başqa dövlətin rəhbərini qəzəbləndirməmək üçün ermənilərin soyqırımını soyqırım adlandırmamaq ədalətli deyil".
Ermənistan 1915-1917 illərdə, Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında 1,5 milyon ermənin soyqırıma məruz qaldığını deyir. Türkiyə bu iddiaları rədd edir.