Lavrov Rusiyanın yeni ABŞ sanksiyalarına "sərt cavab" verəcəyini deyib

Sergei Lavrov at a podium talking
Şəklin alt yazısı, Cənab Lavrov bu açıqlamanı cümə günü Moskvada keçirilən tədbirdə verib
Çap edildi

ABŞ-ın Moskvaya qarşı yeni sanksiyalarından sonra, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin "bizə ziyan yetirən hərəkətlərə sərt cavab verəcəyik" deyib.

Bundan əvvəl, ABŞ Rusiyaya New York və Washington şəhərlərində yerləşən ticarət missiyaları və konsulluğun bağlanılmasına şənbə gününədək vaxt verib.

ABŞ dövlət departamentinin bu addımı, keçən ay, Rusiyanın ölkədəki ABŞ diplomatik heyətinin kiçildilməsinə yönələn qərarının ardınca atılıb.

Lakin cənab Lavrov iki ölkə arasındaki qarşıdurmanın başlanmasına Obama administrasiyasının keçən ilin dekabr ayında tətbiq etdiyi sanksiyalarının səbəb olduğunu deyib.

line

Həmçinin oxuyun:

line

Cümə günü, bağlanmasına göstəriş verilən San Francisco konsulluğunun bacasından qara tüstü çıxdığına görə, binaya yanğınsöndürmə xidməti göndərilib.

Lakin yanğınsöndürənlər təhlükə olmadığını və tüstünün sadəcə "naməlum əşyaların" yandırıldığına görə çıxdığını bildiriblər.

Black smoke billows from a chimney on the Russian consulate, September 1, 2017 in San Francisco, California
Şəklin alt yazısı, Rusiyanın San Francisco-dakı səfirliyinin bacasından qara tüstü çıxırdı

Ötən ilin dekabrında Obama administrasiyası ABŞ Demokratik Partiyasından prezidentliyə namizəd olan Hillary Clinton-un emaillərinə müdaxilə edilməsinə cavab olaraq Rusiyanın iki diplomatik kompleksini bağlayıb, 35 rusiyalı diplomatı ölkədən çıxarıb.

Lakin cənab Lavrovun bu qərar barədə fikirləri fərqlidir.

"Bu addım Rusiya-ABŞ əlaqələrinə ziyan vuraraq Trump-ın prezidentlik dövründə konstruktiv təkliflər etməsinə imkan verməmək üçün atılıb."

"Bu, onun seçki zamanı Rusiya ilə əlaqələri bərpa etmək vədini yerinə yetirməsini mümkün olduqca çətinləşdirməyə görə edilib", o, əlavə edib.

Rusiya Prezidenti Vladimir Putin buna dərhal cavab verməsə də, cənab Trump-ın administrasiyasının Rusiyaya qarşı sanksiyaları aradan qaldırmaq istəkləri gərçəkləşməyəndə, iyulun 31-də Rusiyada işləyən 755 ABŞ diplomatik heyət üzvünün fəaliyyətinə son qoyulmasına qərar verdi.

The US embassy in Moscow
Şəklin alt yazısı, ABŞ-ın Moskvadaki səfirliyi

Bu addımla hər iki ölkənin digər ölkədə üç konsulluğu qalır, ancaq həm cənab Trump-ın administrasiyası, həm də Rusiya əlaqələrin yaxşılaşdırılmasını istəyir.

Lakin iyul ayında ABŞ konqresinin böyük çoxluqla Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyaları tətbiq edən qanun layihəsi, həmçinin prezident Donald Trump-ın sanksiyaları qaldırmaq səlahiyyətini kəskin şəkildə azaldıb.