Türkiyə keçmiş CİA əməkdaşını həbs etmək istəyir

Şəklin mənbəyi, Reuters
Türkiyənin baş prokuroru keçmiş CİA əməkdaşı Graham Fuller-in həbsinə göstəriş verib.
Prokuror ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin (CİA) keçmiş vitse prezidenti olan cənab Fuller-in müsəlman din xadimi Fethullah Gülenlə əlaqələrinin olduğunu deyib.
ABŞ-da yaşayan cənab Gülen keçən il Türkiyədə baş vermiş çevriliş cəhdində ittiham edilir. O, ittihamları rədd edir.
Həbs qərarında həmçinin cənab Fuller Türkiyə hökumətini "devirməyə cəhddə" ittiham olunur, Türkiyənin Hurriyet qəzeti yazır.
Çevriliş cəhdi ilə bağlı Türkiyədə 50 000-dən çox insan həbs edilib.
2016-cı il 15 iyul çevrilişinə cəhddən sonra 150 000 nəfər isə müxtəlif sahələrdə işdən qovulub.

Şəklin mənbəyi, Reuters
Son aylar Türkiyə ilə ABŞ arasında münasibətlər gərginləşib.














