Pussy Riot qrupunun üzvləri azadlığa buraxılıb

Pussy Riot pank-qrupunun həbsdəki üzvləri Mariya Alyoxina və Nadejda Tolokonnikova əfv nəticəsində azadlığa buraxılıblar.
Tolokonnikova və Alyoxina deyiblər ki, əfv Soçi olimpiadası ərəfəsində piar məqsədini daşıyır. Onlar hakimiyyətə qarşı çıxış etməyə davam edəcəklərini bəyan ediblər.
Qrupun üzvləri 2012-ci il avqust ayında Moskvanın əsas kilsəsində etiraz mahnısı ilə çıxış edəndən sonra həbs olunublar.
Pravoslav kilsəsinin məzəmmət etdiyi hbu ərəkəti bir çox rusiya vətəndaşı "kafirlik" kimi qəbul edib.
Amma "dini nifrət zəminində xuliqanlıq" ittihamı ilə təqsirləndirmələr insan haqları təşkilatları, xarici hökümətlər və anti-Putin fəalları tərəfindən pislənilib.
BBC-ə müsahibəsində Alyoxina hələlik Nijni-Novqorodda qalacağını və hüquq müdafiəçiləri ilə görüşəcəyini açıqlayıb.
Onun dediyinə görə, onu koloniyanın növbətçi hissəsinə aparıb “Volqaya” mindiriblər və koloniyadan çıxarıblar. Hazırda o, öz vəkili ilə bir yerdədir.
Onun nə zaman Moskvaya dönəcəyi məlum deyil.
Alyoxina 2 saylı koloniyadakı məhbusların vəziyyətini müzakirə etmək üçün İctimai Müşahidə Komissiyasının üzvləri ilə görüşməyi planlaşdırır.
O deyib ki, məhbusların həyatına ola biləcək təhlükədən qorxur.
Srağagün Alyoxina digər məhbusların həyatlarına görə qorxduğu üçün koloniyanı tərk etməyəcəyini bəyan edib və iddia edib ki, rəfiqələri koloniya rəhbəri tərəfindən hədələr alır.
2012-ci ilin avqustunda məhkəmə, qrupun hər üç üzvünü - Nadejda Tolokonnikova, Mariya Alyoxina və Yekaterina Samutseviçi İsa Məsih məbədində “Müqəddəs Məryəm, Putini qov” ibadət-duasına görə 3 illik həbs cəzasına məhkum edib.
Onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
2021-ci ilin oktyabrında Moskva şəhər məhkəməsi Samutseviç barədə qərar çıxarıb və o qrupun çıxışında birbaşa iştirak etmədiyinə görə şərti azadlığa buraxılıb.
Ötən həftə Rusiya Konstitusiyasının 20 illik yubileyi münasibətilə Duma prezident amnistiyası haqda qanun layihəsini birmənalı şəkildə qəbul edib.
Bu amnistiya həmçinin “kütləvi iğtişaşlar” və “xuliqanlıq” maddəsi üzrə məhkum olunanlara da aiddir.
Amnistiya ilə təkcə Pussy Riot qrupunun üzvləri deyil, həmçinin Greenpeace təşkilatının “Arctic Sunrise” fəalları və digərləri də azadlığa buraxılıb.
























