Volqoqrad hücumlarında ölənlərin sayı 34-ə çatıb

Yerli səhiyyə xidmətinin məlumatına görə 29 və 30 dekabrda baş verən partlayışlarda ölənlərin sayı 34-ə çatıb.
Fövqəladə Hallar Nazirliyi nəzdində Çevik Psixoloji Yardım Mərkəzinin rəhbəri Olqa Makarova ölənlərin şəxsiyyətlərinin müəyyən edildiyini bildirib.
Bundan əvvəl Səhiyyə Nazirliyi iki hücumda 31 adamın öldüyünü və 104 nəfərin yaralandığını bildirmişdir.
Ağır yaralanmış 15 nəfərin müalicə üçün Moskvaya çatdırıldığı qeyd olunur.
Dekabrın 29-da bir gün keçmiş daha bir partlayış şəhər marşrutunda hərəkət edən trolleybusda baş verib.
Təhlükə
Hücumlardan sonra Volqoqrad vilayyətinin anti-terror komissiyası terrorçuluq təhlükəsinin yüksək dərəcəyə qaldırıldığını bildirib.
Oktyabrın 21-də Volqoqradda sərnişin avtobusunun partladılması nəticəsində 6 nəfər həyatını itirib.
BBC-nin söhbət etdiyi bir sıra ekspertə əsasən hücumlar Soçi şəhərindəki Qış Olimpiya oyunları ilə bağlıdır.
İyul ayında İnternetdə peyda olan videoklip vasitəsilə çeçen separatçılarının lideri Olimpiya oyunlarının keçirilməsinə yol verməməyə çağırıb.
Doku Umarov Şimali Qafqaz hüdudlarından kənardakı Rusiya hədəflərinə zərbələrin endirilməsinə qoyulmuş moratoriumun qüvvədən düşdüyünü elan edib.
Volqoqrad Olmpiya oyunlarının keçiriləcək məkandan 690 kilometr şimal-şərqdə yerləşir
























