Medvedev: Umarovun ölümü təsdiqlənməyibsə o sağ hesab olunur

Şəklin mənbəyi, AFP
Baş nazir Dmitri Medvedev CNN telekanalına müsahibəsində bildirib ki, Rusiya hakimiyyəti çeçen üsyançılarının lideri Doku Umarovun sağ olduğunu hesab edir.
"Zənnimcə bu və digər terrorçunun (mən adlar çəkmək istəmirən) ölümü sübuta yetirilənədək o sağ hesab olunmalıdır”, - Medvedev deyib.
Rusiya hökumət başçısının sözləri Çeçenistan liderinin dediklərilə ziddiyyət təşkil edir.
Ötən həftə üsyançıların telefon söhbətləşməsinə əsasən Ramzan Kadırov Umarovun artıq həyatda olmadığını və onu əvəzləyəcək namizədin axtarıldığını deyib.
Çeçenistan prezidenti Umarovun meyitinin axtarıldığını bildirib.
Federal Təhlükəsizlik Xidməti Umarovun öldürüldüyü barədə məlumatı təsdiqləməyib.
Doku Umarovun müqəddaratı Soçi Olimpiadası ərəfəsində təhlükəsizliyin təminatı baxımından mühüm məsələ hesab olunur.
2007-ci ildə özünü “Qafqaz əmirliyinin əmiri” elan etmiş Doku Umarov 2012-ci ildə Rusiya prezidenti Vladimir Putinə qarşı etirazlardan sonra mülki əhali əleyhinə hücumların dayandırlmasına səsləyib.
Lakin 2013-cü ilin iyun ayında o bu qərarını dəyişdirərək Soçidə Olimpiya oyunlarının keçirilməsinə yol verməyəcəyi barədə videomüraciətlə çıxış edib.
























