Sorğunun nəticəsi: rusiyalıların az qala yarısı aşiqdir

Rusiya
Çap edildi

Rusiyanın “Levada-centr” sosiloji araşdırmalar mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə ölkə əhalisinin təxminən yarısı aşıqlik hissi keçirir.

Sorğuda iştirak etmiş respondentlərin orta hesabla hər ikincisi (48%) aşiq olduğunu etiraf edib

Sorğu iştirakçıları arasında aşiqlərin sayı daha çox olan respondentlər kateqoriyası əhalinin müxtəlif təbəqələrini əhatə edib: kişilər (58%), tələbə və şagirdlər (63%), 25 yaşınadək olanlar (68%), yaşı 25-40 arasında olanlar (69%), ali təhsili olanlar (54%), moskvalılar (52%), eləcə də əhalisi 100 min nəfərdən az olan şəhərlərin sakinləri (51%).

Eyni zamanda camaatın gözü qarşısında öpüşlərə münasibətlə bağlı suala cavab verən respondentlərin 46%-i ictimai yerlərdə öpüşənlərə fikir vermədiklərini bildiriblər.

Sorğuda iştirak edənlərin 12%-i məşuqların ictimai yerlərdə açıq-saçıq hərəkətlərindən qəzəbləndiklərini , 11%-i əsəb hissi keçirdiyini, respondentlərin 8% -i isə aşiqlərin yerinə utandıqlarını bildiriblər.

Respondentlərin 4%-i öpüşənləri kədər hissilə izlədiklıərini bildirirblər, 3% öpüşənlərə paxıllıqla baxdığını etiraf edib.

“Levada-centr” bu sorğunu Avropada qeyd olunan müqəddəs Valentin gününün yaxınlaşması münasibətilə keçirib.