Yerevan: metro işçiləri pensiya sisteminə qarşı

yerevan pensioan protest
Şəklin alt yazısı, Metropoliten işçiləri maaşlarından pensiya fonduna keçirilmiş pullarını geri almaq istəyirlər
Çap edildi

Yerevanda əmək haqqının 5 faizinin məcburi sığorta pensiya fonduna keçirilməsinə qarşı növbəti etiraz aksiyası keçirilib. Yerevan metropoliten əməkdaşları şirkətin inzibati binası qarşısında piket təşkil ediblər.

Orta hesabla 100 min dram (təxminən 245 dollar) əmək haqqı alan metropoliten işçiləri sosial vəziyyətlərinin onsuz da ağır olduqlarını bildirirlər.

Onlar metropoliten rəhbərliyinə fevral ayında maaşlarından tutulmuş pulların qaytarılması tələbilə ərizə təqdim ediblər.

Qüvvəyə minməsi Konstitusiya Məhkəməsi tərəfindən tam araşdırma keçirilənədək təxirə salınmış qanun 1200 mertopoliten işçisinə şamil olunur.

Aksiya iştirakçısı Armen Sarkisyanın sözlərinə görə, metropoliten əməkdaşlarına tutumlar haqqında xəbərdar edilməyib və bu barədə bazar ertəsi əmək haqqını alanda biliblər.

Metropoliten əməkdaşlarının aksiyasına yeni pensiya sisteminə qarşı artıq bir neçə ay mübarizə edən “Mən əleyhinəyəm” ictimai təşəbbüs üzvləri də birləşmişdi.

armenia, pension, protest
Şəklin alt yazısı, Yeni pensiya sisteminə qarşı mübarizə elan etmiş vətəndaş hərəkatı metro işçilərinin aksiyasına qatılıb

Daha əvvəl pensiya sisteminin tətbiq edilməsinə qarşı atom elektrik stansiyası, Cənubi Qafqaz Dəmir Yolları, Akademik Opera və Balet teatrının əməkdaşları etiraz aksiyaları keçiriblər.