Əcnəbi gey çütlüklərə rusiyalı uşaqları övldalığa götürmək yasaqlanıb

Rusiya qanunvericiliyi eynicinsli nikahları tanımır.
Şəklin alt yazısı, Rusiya qanunvericiliyi eynicinsli nikahları tanımır.
Çap edildi

Kimsəsiz uşaqların gey çütlüklər və yaxud da nikahda olmayan xarici ölkələrin vətəndaşları tərəfindən övladlığa götürməsi barədə qanuna düzəlişlər edilib.

Müvafiq qərar baş nazir Dmitri Medvedev tərəfindən imzalanıb.

Ötən il Rusiya parlamenti eynicinsli çütlüklər tərəfindən uşaqların övladlığa götürülməsini qadağan edən qanun layihəsini dəstəkləyib.

Kreml bu yolla uşaqları süni şəkildə qeyri-ənənəvi cinsi davranışa təhrik, kompleks, mənəvi əziyyət və stressdən qorumaq istədiyini bildirib.

Ötən ilin iyun ayında “Həddi buluğa çatmamışlar arasında qeyri-ənənəvi cinsi münasibətlərin təbliğatı haqqında” qanun təsdiqlənib.

Qanun əleyhdarları hökuməti geylərin hüquqlarının pozulmasında ittiham edirlər.

Rusiya qanunvericiliyi eynicinsli nikahları tanımır.

2013-cü ildə rusiyalı uşaqlarının övladlığa götürülməsi barədə ABŞ-Rusiya müqaviləsi ləğv olunub.