Soçidə italiyalı kommunist-transgender polisə düşüb

vladimir luksuriya
Şəklin alt yazısı, Vladimir Luksuriya müntəzəm olaraq transfobiya ilə mübarizə üzrə aksiyalarda iştirak edir
Çap edildi

Avropa Parlamentinin sabiq deputatı, italiyalı kommunist-transgender Vladimir Luxuria göyqurşağı rənglərinin fonu üzərində “Gey olmaq normaldır” şüarlı bayraqla Soçidə qısamüddətli həbsə məruz qalıb.

İtaliya XİN-i əmin edir ki, Luxuria ilə son dərəcə nəzakətlə rəftar ediblər.

Hazırda teleaparıcı və LGBT fəalı Luxuria daha əvvəl Twitter-də yazıbmış: "Mən Soçidəyəm! Putinin gözü qabağında göyqurşağının rənglərilə sizi salamlayıram!"

Luxuria tutulub saxlanılanda DiGay-Project assosiasiyasının rəhbəri Immacolata Battaglia-ya zəng edib, o da öz növbəsində İtaliya XİN-nə bildirib.

İtaliya XİN-dən, Vladimir Luxuriaya istinadən BBC-yə deyiblər ki, onunla son dərəcə nəzakətli rəftar edilib və insident bir-iki saat davam edib – tərcüməçi gəlincə.

XİN-nin məlumatına görə, Vladimir Luxuria Soçidə gey-klubun yanında, dünyada LGBT bayrağı kimi tanınan göyqurşağı bayrağı yelləyəndə saxlanılıb. İtaliya diplomatlarının məlumatına görə, hal hazırda o sərbəst buraxılıb, heç bir deportasiya və ya başqa sanksiyalardan söz getmir.

İtaliya XİN-i siyasətçi və teleaparıcının gələcək planlarına və Luxurianın cinsi azlıqların müdafiəsinə yenə aksiyalar keçirib-keçirməyəcəyinə bələd deyil.

Xokkeyə göy qurşağı rənglərində

Polisdən çıxandan sonra Luxuria İtaliya hüquq müdafiəçilərinə deyib ki, xokkey matçına qurşaq rənglərində əlvan donla getməyə hazırdır.

Luxurianın tutulub saxlanması haqqında məlumat çıxandan sonra Twitter sosial şəbəkəsinin italyan seqmentində onun azadlığa buraxılması kampaniyası başlayıb.

Eyni zamanda İtaliya parlamentinin bəzi deputatları, o buraxılmazsa, Soçiyə gedib fəalın azad olunmasını tələb etməyə hazır olduqlarını bildiriblər.

Daha əvvəl Wladimiro Guadagno adı ilə tanınan Vladimir Luxuria 2006-cı ildə Kommunist Dirçəlişi Partiyasından Avropa Parlamentinin üzvü seçilmişdi.

vladimir luxuria
Şəklin alt yazısı, Vladimir Luksuriya 10-dan çox filmdə çəkilib

İki ildən sonra siyasətçi partiyanı tərk edib vətəndaş hüquqlarının müdafiəsi ilə məşğul olmaq qərarına gəldiyini bəyan edib.

Beləliklə, aktrisa Avropa Parlamentinin tarixində ilk transgender olmuşdur.

Sonradan Luxuria "Son qəhrəman" realiti-şousunun italyan versiyasının aparıcısı olub və DiGay-Project assosiasiyasının sorğusuna əsasən, İtaliyanın ən populyar LGBT şəxsi tanınıb.

Aktrisa özü də realiti-şouda iştirak edib və öz uduşunun yarısını – 100 min avro (137 min dollar) – BMT-nin uşaq leykemiyası ilə mübarizəsinə ianə edib.

2007-ci ilin may ayında Luxuria Moskvaya gedib, şəhər hakimiyyəti tərəfindən icazə verilməmiş, Nikolay Alekseyevin təşkil etdiyi LGBT yürüşündə iştirak etmişdir.