Yerevan: Rusiyanın Krıma hərbi müdaxiləsinə qarşı etiraz aksiyası

Şəklin mənbəyi, BBC World Service
Yerevanda bir qrup fəal Rusiya səfirliyi qarşısında bu ölkənin Ukrayna ərazisinə hərbi müdaxiləsinə qarşı etiraz aksiyası keçirib. Onlar Rusiya prezidentindən Rusiya qoşun hissələrinin Krımdan çıxarılmasını tələb ediblər.
Nümayişçilər Ukrayna bayraqları və Rusiya prezidentinin əleyhinə şüarlarla və "Putin, Ukraynadan əlini çək!" çağırışları ilə Rusiyanın Yerevandakı səfirliyi binası önünə toplaşıblar.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
Polis nümayiş iştirakçılarını zorla səfirliyin qarşısından küçənin o biri tərəfinə çıxarıb.
Nümayişçilərlə polis arasında qələbəlik baş verib. Uç nəfər polisə müqavimət göstərdiyinə görə tutularaq polis şöbəsinə aparılıb.
Yerevan polis idarəsindən alınan məlumata görə, tutulub saxlananlar 3 saatdan sonra buraxılacaq.




















