NATO – Putinə: heç kəs şərqə getməməyi vəd etməyib

rasmussen_nato
Çap edildi

NATO nümayəndələri prezident Vladimir Putinin canlı efirdə səsləndirdiyi bəzi mülahizələrini təkzib edən bəyanat yayıblar. Alyans o cümlədən onun “şərqə tərəf genişlənməməsi” üzrə heç bir razılaşma olmadığını təkid edir.

Rusiya rəsmiləri ABŞ və Almaniya nümayəndələrinin 1990-cı ildə NATO-nun Mərkəzi və Şərqi Avropada genişlənməyəcəyini, Rusiya sərhədi yaxınlığında hərbi infrastruktur qurmamağı yaxud orada daimi qaydada qoşun yerləşdiririlməyəcəyini vəd etdiklərini israr edirlər. Amma NATO-nun genişlənməsi imkanları Almaniyanın birləşməsindən daha gec təqdir edilib”, - alyansın mətbuat xidmətində israr edirlər.

Bundan başqa, NATO, tərəflərin çoxillik əməkdaşlığını xatırladaraq, xüsusilə, “Sülh naminə tərəfdaşlıq” proqramında, Putinin Moskvanı təcrid etmək cəhd edildiyi haqqında dediyi ilə razılaşmayıb.

Qəribə mikrofon

Rusiya siyasətçisinin NATO-nun baş katibi Danimarkanın hökumət başçısı olduğu zaman guya onunla söhbətlərindən birini diktofona yazdığı barədə bəyanatı isə xüsusi şərhə layiq görülüb.

“Bu ittihamlar tamamilə nonsensdir. Baş nazir vəzifəsində olduğu zaman Fogh Rasmussen Putinlə və ya başqa birisi ilə görüşlərə heç vaxt diktofon gətirməyib”, - NATO-nun mətbuat katibi Oana Lungescu şərh edib.

Bununla belə, “Fogh kulis arxasında” sənədli filmin rejissoru Christoffer Guldbrandsen cümə axşamı bəyan edib ki, Putinlə görüşlərinin birindən qabaq şəxsən onun özü Rasmussen-in kostyumuna mikrofon bərkidib.

Guldbrandsen-in sözlərinə görə, siyasətçi aparatın həmişə qoşulmuş olduğunu duya bilməzdi. Jurnalist və rejissor bunu filmin çəkilişi zamanı etdiyini deyir.

Bunun sübutuna quruluşçu-jurnalist YouTube-ə tərəflərin dialoqunu əks etdirən video yazı yükləyib.

“Siz, iddia edəndə ki, sizin jurnalistlər də bizimkilər kimi tənqidi ovqatlı ola bilərlər, haqlı idiniz”, - birgə mətbuat konfransından sonra Rasmussen qeyd edir.

“Jurnalistlər? Banditdir onların hamısı”, - cavabında deyir Putin.

putin_crimea
Şəklin alt yazısı, Krımın birləşdirilməsini Putin "rus əhalisini müdafiə etmək zəruriliyi" ilə izah edib

Məhz söhbətin bu parçasını Guldbrandsen “şəxsi dialoq” kimi misal çəkir, lakin video yazıdan görünür ki, bu ifadələr səsləndiyi zaman siyasətçilər mühafizəçilər əhatəsində dəhlizlə gedirlər, və onları bir sıra kameralar çəkir.

Krım çıxmazı

NATO-nun şərqə genişlənməsi Rusiya siyasi təsisatlarının böyük bir qismi ürək acısı ilə qəbul edir.

<link type="page"><caption> Cümə axşamı “birbaşa xətt”</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/04/140417_putin_russian_military_crimea.shtml" platform="highweb"/></link> əsnasında Putin etiraf edib ki, Rusiyanın Krımı birləşdirməsi qismən NATO-nun genişlənməsi ilə qoxusu ilə də bağlı olub.

“Bizim Krım üzrə qərarımız qismən bununla da bağlıdır. Bu kimi düşüncələr ki, əgər biz heç nə etməsək, onda [...] Ukraynanı da NATO-ya çəkib deyərlər, guya, bunun sizə aidiyyəti yoxdur, və NATO-nun hərbi gəmiləri Rusiyanın hərbi donanma şöhrəti şəhərində peyda olar [...] Bunun isə bizim üçün həm də geosiyasi əhəmiyyəti var [...] Rusiya əslində Qara dənizyanından sıxılıb çıxarılmış olar”, - Putin mühakimə edib.

Rusiya elitası son zamanlar Krımın ilhaqını tez-tez Kosovo presedenti ilə müqayisə edirdi, lakin NATO-nun mətbuat xidməti etiraz edir ki, Serbiyadan ayrılmış regiona kontingent dəxil edilən vaxtdan müstəqillik elan edildiyi vaxtadək doqquz ay keçmişdi, Krımda isə beynəlxalq aləm tərəfindən tanınmayan referendum tələsik iki həftə ərzində hazırlanıb.