Lenin barədə müsbət düşünən rusiyalıların "sayı artır"

Lenin mavzoleyi
Şəklin alt yazısı, Lenin barəsində müsbət fikirdə olan respondentlərin sayı artır.
Çap edildi

Rusiyanın "Levada-mərkəz" sosioloji araşdırmalar mərkəzini Rusiya vətəndaşlarının Vladimir Lenin şəxsiyyətinə münasibətini öyrənmək məqsədilə rəy sorğusu keçirib.

Keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, dünya proletariatının rəhbəri və "qırmızı terrorunun" təşkilatçılarından biri sayılan şəxsin tarixdə oynadığı rolunu müsbət qiymətləndirən respondentlərin sayı 2006-ci ildəki 40% ilə müqayisədə 8 il ərzində 11% artaraq 2014-cü ildə 51% təşkil edib.

"Levada-mərkəz" qeyd edir ki, ümumilikdə SSRİ banisinin siaysi-tarixi irsini müsbət qiymətləndirən respondentlərin sayı 55 yaşından yuxarı olanlar arasında 62%, təhsili ortadan aşağı olanlar arasında 57% və kənd sakinləri arasında 64% təşkil edib.

Leninə mənfi münasibətdə olanlar isə daha çox 25-39 yaş arasında olan respondentlər (30%), ali təhsillilər (35%) və Moskva sakinləri (72%) arasında qeydə alınıb.

"Levada-mərkəz"-in qeyd etdiyi kimi, Leinin Rusiya tarixində rolunu mənfi qiymətləndirən respondəntlərin sayı 2012-ci ilin mart ayı ilə müqayisədə 7%-dən 5%-dək azalıb.