Türkiyə: xüsusi xidmətlər əlavə səlahiyyətlər alıb

Erdo]an
Çap edildi

Yeni qüvvəyə minən qanun dövlət qurumlarından məlumat sızdırmalarını açıqlayan jurnalistlərə qarşı 10 illik həbs cəzasını nəzərdə tutur.

Yeniliklərdən biri xüsusi xidmətlərin əməkdaşlarına daha geniş immunitet qazandırmaqla onların cinayət məsuliyyətinə cəlb olunmaq ehtimalını daraldır.

Bununla yanaşı yeni sənəd telefon dinləmələri, fərdlər və ictimai təşkilatlar barədə şəxsi məlumaltarın alınmasını asanlaşdırmalıdır.

Baş nazir Recep Tayyip Erdoğan korrupsiya qalmaqalından sonra ölkədə söz azadlığına hücumları şiddətləşdirməkdə ittiham olunur.

Mart ayında Türkiyənin Konstitusiya Məhkəməsi Twitter-ə girişin bloklanması barədə hökumət qərarını qeyri-qanuni tanımışdır.