Yerevanda “Putinizmə qarşı” aksiya

Putinizmə yox!
Şəklin alt yazısı, Etiraz nümayişində onlarla adam iştirak edib.
Çap edildi

Yerevanda nümayiş iştirakçıları Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinin persona non grata elan olunmasını tələb edib və rəsmi Moskvanın siyasətinə etiraz bildiriblər.

Bazar günü bir qrup Ermənistan vətəndaşı “Putinizmə Yox!”, “Azad, müstəqil Ermənistan” şüarları ilə Yerevanın Azadlıq meydanından Rusiya səfirliyi qarşısına yürüş təşkil ediblər.

Nümayiş iştirakçıları əllərində Ermənistan, Avropa İttifaqı bayraqlarını, siyasi məhbus hesab etdikləri <link type="page"><caption> Volodya Avetisyanın</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2013/09/130923_armenia_veterans.shtml" platform="highweb"/></link> və <link type="page"><caption> Şant Harutyunyanın</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2013/11/131106_yerevan_clashes_arrests.shtml" platform="highweb"/></link> şəkillərini tutub və “Eşq olsun Ukraynaya!” şüarları səsləndiriblər.

Fəallar bu aksiya ilə Rusiyanın bir sıra iri şəhərlərində “demokratik qüvvələrin Putinizmə qarşı” etiraz aksiyalarına qatıldıqlarını bildiriblər.

Putinizmə Yox!

Aksiyanın təşkilatçıları “Kremlin Ermənistanı Gömrük İttifaqına birləşməyə məcbur etməsinə, işğalçılıq siyasətinə” və Rusiya səfiri Ivan Volınkinin “Ermənistan Respublikasının suverenliyinə hörmətsizlik” göstərməsinə qarşı etiraz ediblər.

Onlar Rusiya diplomatını Ermənistanda persona non grata (arzuolunmaz şəxs) elan etməyi tələb ediblər.

Səfir Volınkin Rusiyada dərc olunan “Noyev kovçeq” qəzetinə müsahibəsində Rusiyanın Ermənistan informasiya məkanında “daha fəal iştirak etməsinin” labüdlüyünü bildirmiş və iki ölkə arasında münasibətləri “korlamaq istəyən QHT-lərin neytrallaşdırılması ilə daha fəal məşğul olmağa” çağırmışdı.

paruyr_hayrikyan
Şəklin alt yazısı, Paruyr Hayrikyan Yerevan nümayişinin Rusiya xalqına qarşı yox, "Putinizmə qarşı" olduğunu bildirib

Səfirin bu sözləri bir sıra yerli ictimai təşkilatları tərəfində Ermənistanın daxili işlərinə müdaxilə və suverenliyinə qəsd kimi qiymətləndirilib.

Aksiyada iştirak edən sovet dissidenti, Milli Müqəddərat Birliyi Partiyasının sədri Paruyr Hayrikyan qeyd edib ki, “aksiyanı anti-Rusiya hesab etmək düzgün deyil”.

“Bura toplaşanlar bu gün Putinizmə qarşi yürüşlər təşkil edən dünya demokratik qüvvələrinin bir hissəsidir... Putin hamı, o cümlədən rus xalqı üçün tiran və bəladır”, - Hayrikyan deyib.

Nümayişçilərlə onları Rusiya səfirliyinin yaxınlığına buraxmayan polis arasında qarşıdurmanın iki daha fəal iştirakçısı tutulub polis şöbəsinə aparılıb, nümayiş başa çatdıqdan sonra buraxılıblar.