Abxaziya parlamenti prezidentin istefasını təklif edib

abkhazia_protests
Şəklin alt yazısı, Abxaziya iqtidarı ilə müxalifətin mövqeləri yalnız bir məsələdə - Rusiyaya loyal münasibətdə - birdir
Çap edildi

Abxaziya parlamenti təcili yığıncağında qəbul etdiyi qərara əsasən, öz üzərindən müddətindən tez səlahiyyətlərini atmaq təklifilə prezidentə müraciət edib. Millət vəkilləri həmçinin respublika baş naziri Leonid Lakardiaya etimadsızlıq votumu ifadə ediblər.

Abxaziya parlamentində təmsil olunan 35 millət vəkilindən 20 nəfəri qərarın lehinə səs verib, 1 nəfəri bitərəf qalıb.

Bunun ərəfəsində Suxumiyə ezam edilən Rusiay prezidentinin köməkçisi Vladislav Surkov ba. verənləri Abxaziyanın daxili işi adlandırıb.

Tanınmamış Abxaziya Respublikasının konstitusiyasına əsasən, parlament prezidentin istefası məsələsini yalnız Ali Məhkəmə tərəfindən onun öz andına əməl etmədiyi tanındıqdan sonra nəzərdən keçirə bilər.

Hətta bu halda prezidenti vəzifədən kənar etmək üçün parlament üzvlərinin azı üçdə ikisinin səsi tələb olunur.

Çərşənbə axşamı Gürcüstandan ayrılmış bu respublikanın müxalifəti “ümumxalq toplanış” keçirib və prezident Aleksandr Ankvabın istefasını tələb edib. Nümayiş iştirakçıları Suxumidə prezident administrasiyasını tutub, Ankvab isə şəhəri tərk etmişdi.

“Hüquq və ənənələr çərçivəsində”

Cümə axşamı Abxaziya prezidenti Aleksandr Ankvab respublika böhranını müzakirə etmək üçün Suxumiyə gəlmiş Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla görüşüb.

Abxaziya və Cənubi Osetiya ilə əlaqələr üzrə Putinin köməkçisi Rusiyanın “qardaş Abxaziyada qayda-qanunun bərpa olunmasında” və problemlərin dinc yolla və tez həll olunmasında maraqlı olduğunu bəyan edib.

“Həm prezident, həm müxalifət Rusiya ilə müttəfiqlik münasibətlərinin bundan sonra da möhkəmlənməsi kursuna sadiq qaldıqlarını vurğulayıb, maliyyə sistemi və müəssisələrin arasıkəsilmədən fəaliyyət göstərməsində maraqlı olduqlarını israr ediblər”, - RİA Novosti Surkovu iqtibas edir.

“Siyasi gərginlik hələ səngimir. Rusiya son günlərin hadisələrini suveren Abxaziyanın daxili işi hesab edir. Abxaziya prezidenti və müxalifət bəyan ediblər ki, böhrandan çıxış hüquq çərçivəsində, demokratik tədbirlər və abxaz xalqının ənənələri hüdudunda tapılmalıdı”, - Surkov jurnalistlərə deyib.

Rusiya prezidentinin köməkçisi səfərin məqsədi böyük siyasi gərginlik şəraitində Abxaziyanın sosial-iqtisadi inkişafı üzrə kompleks planının yerinə yetirilməsi məsələsini müzakirə etmək olduğunu qeyd edib.

“Plan tam həcmdə Rusiya tərəfindən maliyyələşdirilir. Təbii ki, biz pullarımızın zay olmamasında maraqlıyıq. Qeyd etmək lazımdır ki, hazırkı məqamda hər şey normaldır”, - Surkov deyib.

Ekspertlər etirazlara səbəb olan amillərdən biri kimi məhz kompleks planın tətbiq edilməsi ilə bağlı korrupsiyanı qeyd edirlər.

Abxaziyada pensiyalar 500 Rusiya rublu təşkil etdiyi halda, mühafizəçilərin saxlanması xərcləri artırılıb və hal hazırda bəzi rayonların büdcə xərclərindən artıqdır, BBC Rus xidmətinə abxaz qəzetinin redaktoru İzida Çaniya deyib.