ABŞ İraqa görə İran ilə dialoq aparmağa hazırdır

İraq
Şəklin alt yazısı, İran İraqla bağlı ABŞ ilə dialoq apara bilər.
Çap edildi

ABŞ İraqda silahlı sünni dəstələrin yaratdığı təhlükənin kəskinləşməsi müqabilində İranla birbaşa danışıqlara başlamaq imkanını nəzərdən keçirir.

ABŞ rəsmiləri təmsilçisinin BBC-ə bildirdiyinə görə, bu məsələyə dair rəsmi Tehranla dialoqun aparılması planı yüksək səviyyədə müzakirə olunur.

Bəzi xəbərlərə görə qeyd olunan məsləyə dair ABŞ-İran danışıqları bu həftə başlaya bilər.

İraqda yaranmış vəziyyətin ABŞ ilə İran arasında müzakirəsi formatı hazırda qeyri müəyyəndir, ABŞ rəsmiləri bildirir.

Mümkün variantlardan biri kimi müzakirələrin Vyanada keçirilən nüvə danışıqları çərçivəsində təşkil edilməsi nəzərdən keçirilir.

İraqa dair Vaşinqton-Tehran dialoqunun başlayacağı təqdirdə, bu hadisə köhnənin iki düşməni arasında münasibətlərdə irəliyə atılmış ən iri addım ola bilər.

Bundan əvvəl Vaşinqton dəfələrlə İranı İraqda böhranı qızışdırmaqda ittiham edirdi, lakin indi hər iki ölkə islamçı silahlıların İraqda irəliləməsinin qarşısını almaqda maraqlıdr.

İran prezidenti Həsən Rohani şənbə günü ölkəsinin İraqla bağlı məsələdə ABŞ ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

O, eləcə də əlavə edib ki, bu məslə ilə bağlı Barack Obama ilə məktublaşıb.

Prezident Rohani İŞİD-lə mübarizədə ABŞ-la əməkdaşlığın mümkünlüyünü istisna etməyib.

"Biz bu barədə fikirləşə bilərik, görsək ki, Amerika İraqda və başqa yerlərdə terrorçu qruplaşmalarla mübarizəyə başlayıb", - o deyib.