Belarus Rusiyadan 2 milyard dollar alıb

Belarus
Şəklin alt yazısı, Kreditin bu həftənin sonuna qədər Minskə çatacağı bildirilir
Çap edildi

Razılaşmanın şərtləri açıqlanmasa da, Belarusdakı biznes analitikləri qısamüddətli kreditin yüksək faizləri olduğunu deyirlər.

Minsk və Moskva Belarusdakı qızıl ehtiyatlarının qorunması üçün az məbləğ kreditin ayrılacağını elan etmişdilər, lakin danışıqların nəticəsində kreditin məbləği 2 milyard dollara qədər artırılmışdı.

Belarusun maliyyə nazirinin müavini Maksim Yermoloviç bildirib ki, kredit bu həftənin sonuna qədər Minskə çatacaq.

Belarus növbəti, 2015-ci ildə 3 milyard dollar daxili borcunu ödəməlidir. Hökumət artıq elan edib ki, bu məbləğin bir qismini maliyyələşdirəcəklərinə ümid edirlər.