İran: partlayıcı maddə zavodunda ölümcül yanğın

Şəklin mənbəyi, BBC World Service
İran paytaxtı Tehran yaxınlığındakı partlayıcı maddə zavodunda baş verən yanğın nəticəsində iki adam həlak olub, məlumatlarda deyilir.
Yarı-rəsmi İSNA agentliyinə əsasən, yanğın "partlayıcı maddə istehsal bölməsində" baş verib.
Digər, müxalif saytın məlumatına görə, hadisə paytaxtın cənub-şərqindəki Parçin hərbi kompleksində baş verib, amma bu məlumat təsdiqlənməyib.
Parçin İranın qalmaqallı nüvə proqramı ilə əlaqələndirilib.
Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) 2005-ci ildən bu kompleksə çıxış əldə edə bilməyib.
Təhlilçilərə əsasən, IAEA şübhəlidir ki, İran Parçində nüvə silahı buraxa bilən partlayıcılarla eksperiment edir.
Sahamnews saytının məlumatına əsasən, bazar günü baş verən partlayış o qədər güclü olub ki, hadisə yerindən 15 km uzaqlıqda yerləşən binaların pəncərələri qırılıb.




















