Rusiya Xarici İşlər Nazirliyi almaniyalı diplomatların ölkədən çıxarılması barədə məlumat yayıb

mfa
Çap edildi

Rusiya XİN Moskvadakı Almaniya səfirliyinin əməkdaşlarının ölkədən çıxarılması barədə məlumat verib.

Nazirliyin bildirdiyinə görə, bu addıma səbəb, “Almaniya hökumətinin bir rusiyalı diplomata qarşı düşmən münasibəti” olub.

Bundan əvvəl isə Rusiya XİN rusiyalı diplomatlara qarşı Varşavada eyni münasibətin göstərildiyini iddia edərək, bir neçə polşalı diplomatın ölkədən çıxarıldığını bildirmişdi.