Dərbənddə xüsusi əməliyyat keçirilib: iki nəfər güllələnib

Dagestan
Şəklin alt yazısı, Dərbənddə antiterror əməliyyatı keçirilib
Çap edildi

Rusiya mətbuatına əsasən, Dağıstanın Dərbənd şəhərində hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirib. İlkin məlumata görə, əməliyyat zamanı iki nəfər öldürülüb.

Cümə gününə keçən gecə Dərbənd şəhərində antiterror rejimi əməliyyatı elan olunmuşdu.

Xəbərlərə görə, Salman küçəsində yerləşən tikintisi bitməmiş çoxmərtəbəli bina güc strukturları əməkdaşları tərəfindən mühasirəyə alınmışdı.

Hüquq-mühafizə orqanları rəsmilərinin güman etdiyinə görə, həmin binadan yaraqlılar sığınacaq kimi istifadə edirlərmiş.

Ötən gecə səhərədək bina ərazisində bir neçə dəfə atışma səsləri eşidilib.