Norilsk: sərnişinlər TU-134 təyyarəsini "uçuş zolağına itələyiblər"

TU-134 təyyarəsi 1960-cı illərdə istehsal edilməyə başlanılıb.
Şəklin alt yazısı, TU-134 təyyarəsi 1960-cı illərdə istehsal edilməyə başlanılıb.
Çap edildi

Norilsk prokurorluğu təyyarənin uçuş zolağına "sərnişinlər tərəfindən itələndiyini" əks etdirən videonun öyrənilməsinə başlayıb.

Qərbi Sibir Nəqliyyat Prokurorluğunun nümayəndəsi Oksana Qorbunova "İqarka - Krasnoyarsk” uçuşunu həyata keçirəcək “KATEKAVİA” şirkətinə məxsus TU-134 təyyarəsilə bağlı insidentin noyabrın 25-də baş verdiyini bildirib.

İddia edilir ki, kəskin şaxtalı havada bir sutka dayanacaqda qalmış təyyarənin tormoz sisteminin donmasına görə texniki xidmət avtomobili TU-134-ü start xəttinə çəkib apara bilməyib.

"[Sərnişinlər] ilişib qalan avtomobillərdə olduğu kimi təyyarini itələməyə başlayıblar", - Qorbunovdan İnterfax agentliyində iqtibas gətirilir.

74 sərnişin daşıyan təyyarənin uçuşu uğurlu keçib.

Prokurorluq yoxlamalarında aeroport, heyət və hava şirkətinin hərəkətləri dəyərləndiriləcək.

“KATEKAVİA” "Yu Teyr" şirkətlər qrupuna məxsusdur.