Rusiya dekabrın 5-dən ABŞ-dan quş ətinin ixracını dayandırır

Quş
Şəklin alt yazısı, Rusiya ABŞ quş ətinin ixracını dekabrın 5-dən dayandırır
Çap edildi

Rusiya rəsmiləri dekabrın 5-dən ABŞ-dan quş əti və bu ətdən hazırlanmış ərzaq məhsulunun ixracını məhdudlaşdırır.

Rosselxoznadzor - Rusiya kənd təsərrüfatı məhsullarına nəzarətedici qurumun rəsmi məlumatında dekabrın 5-dən ölkə ərazisinə “ABŞ-dan quş əti və quş əti məhsulları idxalına müvvəqqəti məhdudiyyətlərin yeridildiyi” barədə xəbər verilib.

Rosselxoznadzor ABŞ quş ətinin rusiya bazarına yenidən buraxılması üçün amerikalı istehsalçıların "Rusiya baytarlıq standartları tələblərinə əməl etməsini" əsas şərt kimi göstərib.

Bu ilin avqust ayından ABŞ-dan Rusiyaya mal, donuz və quş ətinin ixracına Moskva tərəfindən qadağa qoyulub.

Rusiya Qərbin iqtisadi sanksiyalaraına cavab olaraq Avropa İttifaqı, ABŞ, Avstraliya, Kanada və Norvecdən ərzaq ixracını dayandırıb.