Ukraynanın qiyamçı lideri Zaxarçenko “100 min nəfəri səfərbər edəcək”

Ukraynanın şərqi
Şəklin alt yazısı, Son bir neçə gün ərzində üsyançılar mövgelərini möhkəmləndiriblər.
Çap edildi

Ukrayna qüvvələri ilə döyüşlərin intensivləşdiyi bir şəraitdə rusiyapərəst separatçı lider Aleksandr Zaxarçenko 100 min nəfəri səfərbər etmək planlarını açıqlayıb.

Separatçılar strateji Debaltseve şəhərini ələ keçirməyə çalışırlar, lakin bu arada qiymaçıların nəzarətində olan Donetskin mərkəzi əraziləri artilleriya atəşnə məruz qalır.

Həftəsonu cəbhə xəttinin hər iki tərəfində onlarca mülki şəxs həlak olub.

“Səfərbərlik 11 gün ərzində başlanacaq” – deyib Zaxarçenko Donetsk xəbər agentliyinə.

Separatçıların Debaltsevenin həndəvərlərinə çatdığı barədə xəbərlərin alınması ilə əlaqədar yüzlərlə sakin şəhərdən evakuasiya edilib.

Debaltsevo
Şəklin alt yazısı, Bazar günü Debaltsovo istiqamətində Ukraynaya məxsus zirehli maşınların hərəkət etdiyi qeydə alınmışdı

Qiyamçılar Ukraynanın bir neçə mövqelərinə hücum etdikdən və Donetsk hava limanını tutduqdan sonra şərqi Ukraynada atəşkəsə dair əldə olunmuş Minsk sazişi iflasa uğrayıb. Cənub-şərqdəki Mariupol şəhərinin mərmi atəşinə tutulması nəticəsində burada 30 dinc sakin həlak olub. Beynəlxalq müşahidəçilər bidirirlər ki, atəş qiyamçıların nəzarətində olan ərazidən açılıb.

Ukrayna qüvvələri Donetsk və qiyamçıların nəzarətində olan başqa əraziləri ölümcül atəşə tutmaqda ittiham edilirlər.

Zorakılığın dayandırılması üçün göstərilən cəhdlər şənbə günü Belarus paytaxtı Minskdə danışıqalrın iflası ilə nəticələnib. Bu danışıqlara separatçıların bəzi nümayəndələri gəlməyiblər.

"Ehtiyat qüvvə"

Özünü müstəqil elan etmiş “Donetsk Xalq Respublikası”nın başçısı cənab Zaxarçenko deyib ki, separatçı qüvvələrə səfərbərlik könüllülük əsasında həyata keçiriləcək.

“Bu ehtiyat qüvvə hər hansı hücumu dəf etməyə qabil olacaq” – deyib qiyamçı lider.

Onlar bir ay təlim keçəcək və bu qüvvələrdən əks-hücumlar üçün üç motoatıcı briqada yaradılacaq”, - bildirib İnterfax agentliyi.

Ukrayna hökuməti də şərqdəki qoşunlarını gücləndirmək niyyətlərini bildirib. Debaltsevenin müdafiəsinin gücləndirilməsi üçün bazar günü bu şəhərə doğru tank və başqa ağır texnikanın hərəkət etdiyi müşahidə olunub.

Qiyamçıların nə dərəcədə böyük qüvvə yığa biləcəkləri məlum deyil, lakin Ukrayna tərəfi bildirir ki, onlara Rusiyadan olan 9 minədək hərbçi kömək edir. Moskva bu iddiaları rədd edib.

Münaqişə zonasında olan Kanada jurnalisti xəbər verir ki, qiyamçılar Debaltseve şəhərini mühasirəyə almağa çalışırlar və şiddətli döyüşlər gedir.

“Onlardan əhəmiyyətli itkilərə və həlak olan əsgərlərinin sayına dair məlumatları eşitmək çox təəccüblüdür. Bu tez-tez eşidilən informasiya deyil” - deyib Kristina Yanovski BBC Dünya Xidmətinin Newsday proqramına.

Kiyevdəki hərbi rəsmilər bazar ertəsi bildiriblər ki, son 24 saat ərzində 5 əsgər həlak olub, hərçənd separatçılar bu rəqəmin 20 olduğunu iddia edirlər. Qiyamçı mənbələr bildiriblər ki, elə həmin vaxt ərzində separatçıların əlində olan ərazilərdə 13 sakin öldürülüb.

Son itkilər şərqdəki Donetsk və Luqansk regionlarında həftəsonu baş vermiş zorakılıqlarda həlak olanların sayını azı 60 nəfərə çatdırır.