İran türkmən qazının Avropaya nəqli üçün "ən yaxşı" ixrac marşrutunu təklif edir

Çap edildi

İran Milli Qaz Şirkətinin beynəlxalq məsələlər üzrə baş icraçısı Azizollah Ramazani bildirib ki, Türkmənistan və Azərbaycan qazının Avropaya ixracı üçün ən yaxşı seçim İrandan və Türkiyədən keçən marşrut olardı.

Azizollah Ramazani İranın İRNA xəbərlər agentliyinə müsahibəsində deyib ki, Xəzər dənizi boyunca qaz kəmərlərinin çəkilməsi iqtisadi cəhətdən əlverişsiz olardı.

İranın təklifi Türkmənistan və Azərbaycan qazının İrana çatdırılması, oradan da Türkiyə vasitəsilə Avropaya ötürülməsindən ibarətdir. Bu, iqtisadi nöqteyi-nəzərdən ən əlverişli variant olacaq.

Keçən il İran təqribən 10 mlrd kub metr təbii qazı ixrac edib. O eyni zamanda 6 mlrd kub metr qaz idxal edib. Hal-hazırda ölkə Türkiyəyə qaz göndərir. Yaxın bir neçə ay ərzində İran qazı həm də İraqa nəql olunacaq.

Xəbəri BBC Monitoring hazırlayıb.