Moskva: Rusiya Ukrayna vətəndaşlarından xarici pasport tələb etməyəcək

Şəklin mənbəyi, RIA Novosti
Moskva hümanitar səbəbləri rəhbər tutaraq Rusiyaya gəlib-gedən ukraynalılar üçün xarici pasport tələbini irəli sürməyəcək, Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Rusiya XİN-i Ukraynanın rusiyalı vətəndaşlara ölkəyə daxili pasportlarla girişi qadağan etməsindən təəssüfləndiyini bildirib.
Rusiya XİN-in bəyanatında Kiyevin qərarının "iki dövlətin milyonlarla vətəndaşı arasında ünsiyyəti, insani əlaqələri əngəllədiyi" qeyd olunub.
Bu ilin martın 1-dən Ukrayna Rusiya vətəndaşlarına ölkəyə daxili pasportlarla daxil olmağı qadağan edir.
Müvafiq sərəncam Ukrayna baş naziri Arseni Yatsenyuk tərəfindən imzalanıb.
Bundan əvvəl Moskva Gömrük İttifaqına üzv olan ölkələr və Ukrayna vətəndaşları istisna olunmaq şərtilə yanvarın 1-dən MDB vətəndaşları üçün Rusiyaya yalnız xarici pasportla gediş-gəlişi mümkün edən qaydalar tətbiq etmişdi.




















