Ukrayna böhranı: Moskvada "anti-Maydan" yürüşü keçirilir

Çap edildi

Ukraynanın rusiyapərəst prezidentinin devrilməsinin ildönümündə ölkədəki "dövlət çevrilişinə" qarşı Moskvada yürüş keçirilir.

"Unutmayacağıq! Bağışlamayacağıq!" şüarlı yürüşü Rusiya dövlət mediası geniş təbliğ edib.

Bir il əvvəl Ukraynada başlayan etirazlar rusiyapərəst Prezident Viktor Yanukoviçin qovulması ilə nəticələnmişdi.

Bundan sonra Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib və şərqi Ukraynadakı üsyayçılara dəstək verməkdə ittiham olunur.

Ukrayna hökuməti, Qərb liderləri və NATO deyirlər ki, Rusiyanın şərqi Ukraynadakı üsyançılara silah və əsgər göndərməsinə dair dəlillər çoxdur.

Müstəqil ekspertlər bu ittihamları təkrarlasa da, Rusiya onları qəbul etmir. Rəsmi Moskva Ukraynada döyüşən rusiyalıların "könüllülər" olduqlarını deyir.