Donbass: tərəflər atəş hallarına görə bir-birini ittiham edir

Şəklin mənbəyi, facebook.ato.news
Çap edildi
Ukraynada silahlı münaqişədə iştirak edən tərəflər davam edən atışmalara görə qarşılıqlı ittihamlar irəli sürməkdədir.
Ukrayna hərbçilərinin nümayəndələri ötən gecə ərzində mövgelərinin 16 dəfə atəşə tutulduğunu bildiriblər.
Onların təbirincə atəş, o cümlədən, mina və qumbaraatanlardan da açılıb.
Tanınmamış DXR nümayəndələri isə ukraynalı hərbçilərin gün ərzində atəşkəs rejimini 25 dəfə pozduqlarını qeyd ediblər.
Bununla belə hər iki tərəf Minsk razılaşmalarına əməl etdiyini bildirməkdədir.




















