Əfqanıstan İranla münasibətlərini möhkəmlətmək niyyətindədir

Əfqanıstan İran ilə münasibətlərini möhkəmlədirmək istəyir
Şəklin alt yazısı, Əfqanıstan İran ilə münasibətlərini möhkəmlədirmək istəyir
Çap edildi

Əfqanıstan prezidenti Əşrəf Qani İrana iki günlük səfərə gəlib .

O, İran prezidenti Həsən Rohani və digər rəsmi şəxslərlə görüşməlidir.

Əfqanıstanla İran arasında sıx əlaqələr mövcuddur.

2001-ci ildə İran Əfqanıstanda taliban hökümətinin devrilməsi məqsədilə yaradılan beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-a dəstək vermişdi.

Əşrəf Qani Suriya və İraqda fəallıq göstərən "İslam Dövləti" (İD) hərəkatının Əfqanıstana da yayıla biləcəyindən narahtlığını bildirib.

Son bir neçə ay ərzində Taliban üzvləri İD-ə sadiq olduqlarını bəyan edirlər.

İraq hökümətinin İD qüvvələrilə mübarizəsində İran mühüm rola malikdir.