Novorossiysk: Sovet abidəsi önündə bel rəqsi edən qızlara cəza kəsilib

Memorial önündə erotik rəqs ifa edən qzılara cəza verilib.
Şəklin alt yazısı, Memorial önündə erotik rəqs ifa edən qzılara cəza verilib.
Çap edildi

Rusiyanın Novorossiysk şəhərində Böyük Vətən müharibəsi qəhramanlarına həsr olunmuş memorial abidə önündə erotik rəqs ifa edən qızlara cəza müddətləri kəsilib.

"Kiçik torpaq" adlı memorial abidə kompleksi 1943-cü ildə sovet qoşunlarının keçirdiyi desant əməliyyatı barədə xatirəni əbədiləşdirib.

Novorossiysk məhkəməsi sovet memorialı fonunda məktəbli qızların bel və baldır oynatmaları ilə müşayiət olunan rəqsi "xırda xuliqanlıq" kimi dəyərləndirib.

Həmin səhnədə iştirak etmiş qızlardan birinə 15 sutkalıq inzibati həbs, daha iki qıza 10 sutkalıq həbs, digər ikisinə isə "səhhətlərinə" görə cərimə kəsilib.

Prokurorluq rəqsin videoyazısının YouTube-da aprelin 23-də yayıldığını qeyd edib.