Əndican qətliamı: 10 il keçmiş şahidlərin xatirələri

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, Sohibə Xaitbayeva
- Vəzifə, müstəqil jurnalist, Moskva
- Çap edildi
13 may 2005-ci ildə Özbəkistanın şərqində yerləşən Əndicanda hökumət qoşunları şəhərin mərkəzi meydanında toplaşan dinc sakinlərini atəşə tutub.
Hüquq müdafiəçilərin məlumatına görə, 500 nəfərdən çox adam həlak olub.
Özbəkistan hakimiyyəti bugünədək hesab edirlər ki, çevriliş hazırlayan terrorçulara qarşı atəş açıblar.
Beynəlxalq hüquq müdafiə təşkilatları Əndican qətliamı üçün günahkarların məsulyyətə cəlb olunmasını tələb edirlər.
Hazırda Moskvada yaşayan Kamol (adı dəyişdirilib – Red.) xatırlayır ki, həmin gün qırğın başlayanda o, səhər tələbə dostları ilə dərsə getməyə hazırlaşırmış.
“İndiyə kimi hər şey gözümün qabağındadır, - Kamol söyləyir. – Hər yanda qan, öldürülmüş, yaralanmış adamlar... Başlar bədənlərdən ayrı... bunu görmək dəhşət idi”.

Şəklin mənbəyi, BBC World Service
Kamolun hekayəti:
Biz 12 oğlan idik, bizə hokimiyata (yerli administrasiya binasını – Red.) keşik çəkməyi tapşırmışdılar.
Bu zaman MTX-çilər (Özbəkistan Milli Təhlükəsizlik Xidməti – Red.) gəldi, hamını təpikləməyə başladılar. Biləndə ki, biz binaya keşik çəkirik, dedilər: qolunuza sarğı bağlayın ki, seçə bilək. Dostlarımızla pəncərə pərdəsini cırıb qolbağı düzəltdik.
Meyitləri bir yerə yığırdıq. Hamısını da kabinet pəncərələrindən çıxardığımız pərdələrə bükürdük. Əvvəlcə hamısını həyətdə bir yerə qalaqlayırdıq.
Sonradan KamAZ gəldi, cəsədləri yüklədik, naməlum istiqamətdə apardı. Ondan sonra həmin KamAZ sürücüsünü daha görmədik. Binanı od tutanda, tələsik yanğınsöndürənlərə zəng etdim, lakin onlar gəlmədi. Dedilər: yuxarıdan əmr olub – qoy yansın.
Anasının həbsi
Bir neçə aydan sonra, 2005-ci ilin yayında, Kamol təhsilini başa vurub.
Sənədlərini vaxtilə Əndican hadisələri zamanı könüllü yardım göstərdiyi yerli milis orqanlarına vermək qərarına gəlir. Lakin onu qəbul etmirlər.
İzah edirlər ki, atasının Rusiya pasportu olduğuna görə, onu orqana işə götürə bilməzlər. Heç kəsə bir söz də demədiyinə baxmayaraq, hiss edir ki, onu pusurlar.

Şəklin mənbəyi, BBC World Service
“Ailəmizdə böyük oğul mənəm, bir neçə kiçik qardaşlarım var. Qazancım elə az idi ki... Anama kömək etmək əvəzinə, ondan yolpulu alırdım. Çox xəcalət çəkirdim. Sonra Moskvaya getmək qərarına gəldim. Elə bundan da hər şey başlandı”.
“Mən Rusiyaya gedən kimi anamı tutdular. Bunu eşidəndə az qaldım huşumu itirim. Anamın həbsi ilə sanki ürəyim düşdü”.
“Kiçik qardaşlarım nəzarətsiz qalmışdı. Rusiyada bir yerə düzələ bilmədim. Moskvada qara fəhləliyə də razı idim. Bir müddət süpürgəçi işləməyə məcbur idim. Evə qayıtmağa hazırlaşanda, mənə dedilər ki, Əndicanda mənim barəmdə cinayət işi açıblar. Bu mənim üçün dəhşətli zərbə idi. Nə üçün? Mənim günahım nədir?!”
“Məni oğurluq şeylər alverində təqsirli bilib, boynuma daha ona yaxın başqa günah asdılar. Bu iş üzrə mənə qarşı şahid qismində çıxış edən qonşumu müəyyən etdim”.
“Dərhal zəng edib, mənə nəyə görə şər atdığını soruşdum. Dedi: səni də mənim kimi zirzəmidə saxlasaydılar, sən də belə edərdin. Necə olsa da, bu, mənə yaman toxundu”.
Kamol Moskvada özbək samsası (qutab növü – Red.) bişirən özəl sexdə işləyir.
O, təhsilini davam etdirmək arzusunu gizlətmir, lakin cürət edə bilmir.
“Mən hətta Moskvada özümü azad hiss edə bilmirəm, telefonla danışmağa da qorxuram, həmişə gözləyirəm ki, polis [Rusiya polisi] məni Özbəkistan hakimiyyətinə təhvil verər. Mən heç kəsə inanmıram”.

Şəklin mənbəyi, BBC World Service
























