Ermənistan: niyə hər kəs qəfildən bu taksi sürücüsünə qulaq asır?

Erməni taksi sürücüsü Arman Qalstyanın YouTube videosunu yüz minlərlə insan izləyib
Şəklin alt yazısı, Erməni taksi sürücüsü Arman Qalstyanın YouTube videosunu yüz minlərlə insan izləyib
Çap edildi

Televiziya çıxışı ilə Ermənistanda insanların rəğbətini qazanmış taksi sürücüsü onlayn qəhrəmana çevrilib.

Dünyanın bir çox bölgəsində taksi sürücüləri doğru fikrin mənbəyi kimi qəbul edilir. Əslində bu elə bir ümumi məcazdır ki, ictimaiyyətin əhvalını yoxlamaq üçün taksi sürücüsünə istinad etmək təsdiq olunmuş jurnalist klişesinə çevrilib.

Bəli, bu baxışın ifrat versiyası erməni taksi sürücüsünü məşhurluğa və əhəmiyyətli nüfuza yüksəldib. Arman Qalstyan bu ayın əvvəli Yerevanda yeni taksi lisenziyalaşdırılması qaydalarına qarşı keçirilmiş etiraz aksiyasında iştirak edib. Taksiçilərin fikrincə, qaydalara əsassız vergilər daxildir.

Hadisə yerindən reportaj hazırlayan televiziya kanalları Qalstyandan müsahibə alıb və o, qarşılaşdıqları problemlər barədə ehtiraslı monoloji çıxış edib. Qalstyan praktik çıxış yolu təklif edib – bütün taksi sürücüləri üçün daha aşağı vergilər və standart qaydalar təklif edib.

Nəqliyyat qaydaları geniş miqyaslı problem kimi görünmürdü. Lakin <link type="page"><caption> videolar</caption><url href="https://www.youtube.com/watch?v=tLPiVOMAC6Q&feature=youtu.be%20a1plusnews" platform="highweb"/></link><link type="page"><caption> YouTube</caption><url href="https://www.youtube.com/watch?v=73rWEs655Pc" platform="highweb"/></link> vasitəsilə yayımlandıqdan sonra, onlar 300,000 dəfədən çox izlənilib. Bu, təxminən 3 milyon əhalisi olan ölkə üçün böyük rəqəmdir.

Qalstyan onlayn sensasiyaya çevrilib və onun televiziyadakı məşhur proqramlardan birində <link type="page"><caption> iştirakı</caption><url href="https://www.youtube.com/watch?v=HM_chMHWq3E" platform="highweb"/></link> da böyük hadisəyə çevrilib. Televiziyadakı müsahibəsində Qalstyan rəsmilərdən kostyumlarını çıxararaq, Yerevandakı taksi biznesinin reallıqlarını görməyə çağırıb. “Gəlin virtualdan real həyata keçək və xalqın diliylə danışaq”, o bildirib.

Yaxşı, bəs niyə bu iti fikrə malik, saqqalı və rəngli eynəyi olan gənc oğlan ermənilərin fikrini işğal edib? İctimaiyyət onunla şəhər rəsmiləri ilə münasibətin çətinliyi məsələsində eyni fikri bölüşür və bir çoxu hesab edir ki, qanunlar seçilərək tətbiq edilir, BBC monitorinqdən Tiqran Zakaryan bildirir. “Onun dili xalq dilidir, lakin onun tonu çox aydın mesajı ifadə edir. Ermənistandakı insanlar ona pozitiv və cəsur biri kimi baxırlar”.

Yerevanın incəsənət direktoru Aram Şahinyan Twitter-də yazıb ki, Qalstyan “yerli qəhrəmandır”. Qalstyan üçün <link type="page"><caption> Facebookda</caption><url href="https://www.facebook.com/ArmanGalstyanT?ref=ts&fref=ts" platform="highweb"/></link> açılmış səhifəni minlərlə insan bəyənib.

“Belə bir köhnə zarafat var: təəssüf ki, ölkəni inkişaf etdirməyin yolunu bilən insanların hamısı taksi sürücüsü işləyir. Petros Qazaryanın dünənki müsahibəsi göstərdi ki, bu, zarafat deyil,” Samvel Martirosyan adlı blogger şərh edib.

Digər bir şərh: “Sən [Prezident Serj Sarkisyandan] və ya hökumətdəki istənilən nazirdən yüz min dəfə ağıllı və dərrakəlisən”.

Facebookda Qalstyan üçün səhifə açılıb
Şəklin alt yazısı, Facebookda Qalstyan üçün səhifə açılıb

Qalstyanın dəfələrlə məsələlərin siyasiləşəməsini istəmədiyini bildirməsinə baxmayaraq, onun məşhurluğu nəqliyyat naziri ilə görüşünə gətirib çıxarıb. Lakin heç də hər kəs onun bu diqqətə layiq olduğunu düşünmür.

“Yaxşı, o təsirli danışır, lakin mən başa düşmək istəyirəm ki, o nə demək istəyir? Onlar qanunda nəyi dəyişmək istəyirlər? QHT rəhbəri soruşub.

Televiziya aparıcısı Petros Qazaryan şərh edib: “Mən bu taksi sürücüsü və onun həmkarlarından daha çox ədalətsizliyə məruz qalmış bir çox insandan müsahibə almışam. Lakin bu dəfə ictimaiyyətin reaksiyası misli görünməmişdir. Mən belə başa düşürəm ki, insanların əksəriyyəti qalmaqal və sensasiyada maraqlıdır, nəinki ədalətdə”.