Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlıları birgə təlim keçirir

Şəklin mənbəyi, ap
Çap edildi
Bazar günü Türkiyədə bu ölkənin Azərbaycan və Gürcüstan xüsusi təyinatlı hissələrilə "Qafqaz qartalı" adlı birgə hərbi təlimləri başlayıb.
Türkiyə baş qərargahının yaydığı məlumata əsasən, "təlimlər Türkiyə, Azərbaycan və Gürcüstan silahlı qüvvələri arasında əməkdaşlıq, əlaqələndirmə, təcrübə mübadiləsi və dostluq münasibətlərinin inkişafı məqsədilə keçirilir".
Türkiyə tərəfindən təlimlərdə xüsusi təyinatlı bölmə, iki helikopter və bir hərbi-nəqliyyat təyyarəsi iştirak edir.
Gürcüstan və Azərbaycandan isə təlimlərdə hərəsi bir xüsusi təyinatlı dəstə ilə təmsil olunub.




















