İD-ə qoşulmuş tacik zabiti dövlətə xəyanətdə ittiham olunub

Keçmiş tacik OMON komandiri Qulmurod Xalimovu İD-ə qoşulub.
Şəklin alt yazısı, Keçmiş tacik OMON komandiri Qulmurod Xalimovu İD-ə qoşulub.
    • Müəllif, Abducalil Abdurasulov
    • Vəzifə, BBC News, Almatı
  • Çap edildi

Tacikistan Baş prokurorluğu İslam Dövləti (İD) qurumuna qoşulduğunu elan etmiş Daxili İşlər Nazirliyi (DİN) xüsusi bölməsinin keçmiş komandiri Qulmurod Xalimovu dövlətə xəyanətdə ittiham edib.

Qaçaq polkovnikə qiyabi olaraq həbs cəzası kəsilib və o, beynəlxalq axtarışa verilib.

Xalimov eləcə də, cinayətkar dəstəyə qoşulmaqda və digər dövlət ərzisində silahlı münaqişədə iştirak etməkdə ittiham olunub.

Tacikistan Baş prokurorluğu yüksək rütbəli zabitlə bir neçə həmkarının da güya İD-ə qoşulduğu barədə xəbərləri təkzib edib.

Tacik rəsmiləri qaçaq polkovniki "sifarişçilərin puluna Vətəninə qara yaxmaqda" və "dəhşətli cinayətlərə bəraət qazandırmaqda" ittiham edib.

Tacikistan Baş prokurorluğunda İD qurumunun "İslam dəyərlərilə heç bir əlaqəsinin olmadığını" bildiriblər.

Xalimov aprelin sonunda yoxa çıxıb, mayın 27-də isə sosial şəbəkələrdə onun video müraciəti yayılıb.

Həmin müraciətində Qulmurod Xalimovu İD döyüşçülərinə qoşulduğunu bildirərək, Tacikiistan rəhbərliyini müsəlmanları təqib etməkdə ittiham edib.

Qaçaq polkovnik hüquq mühafizə orqanları əməkdaşlarını və tacik miqrantlarını İD qurumu sıralarına daxil olmağa çağırıb.

40 yaşlı keçmiş OMON komandiuri bundan əvvəl Tacikistanın prezident qvardiyasında qulluq edib.

Bununla yanaşı o, Rusiya və ABŞ xüsusi təyinatlı qoşunlarında da bir müddət təlim keçib.