Erdoğan: "heç bir partiya təklikdə hökümət yarada bilməz"

Şəklin mənbəyi, EPA
Türkiyə prezidenti Recep Tayyip Erdoğanın sözlərinə görə, bazar günü keçirilmiş seçkilərin nəticələri heç bir partiyanın ölkəni təkbaşına idarə etmək iqtidarında olmadğını göstərib.
Cənab Erdoğanın patiyası (AKP) höküməti təkbaşına formalaşdırmaq üçün gərəkli olan, parlamentdə səs çoxluğunu son 13 ildə ilk dəfə olaraq seçkilərin yekununa görə itirib.
Bazar günü keçirilmiş seçkidə partiya 41 faiz səs toplayıb.
Bu, 2011-ci ildə keçirilmiş seçkilərdə partiyanın göstərdiyi nəticədən xeyli azdır.
Nəticədə, AKP ya koalisiya höküməti qurmalı, və ya parlament çoxluğuna malik olmayan təkpartiyalı hökümət formalaşdırmalıdır.
Cənab Erdoğan bütün partiyalara müraciət edərək "ölkədə sabitlik atmosferinin qorunmasına" çağırıb.
"Mən ümid edirəm ki, seçkinin nəticələri hər bir partiya tərəfindən sağlam və reallıq nəzərə alınmaqla qiymətləndiriləcək", Erdogan deyib.
AKP hökümət qurmaq niyyətilə koalisiya yaratmaq niyyətindədir, lakin hələlik heç bir partiya AKP ilə koalisiyaya gedəcəyini bildirməyib.
























