Ermənistan Televiziyası Bakı 2015 Oyunlarını "canlı yayımlayacaq"

Şəklin mənbəyi, BBC World Service
Ermənistan dövlət televiziyası ölkənin milli komandasının da iştirak etdiyi Avropa Oyunlarında yer alan idman tədbirlərinin canlı yayımlanacağını elan edib.
Ancaq televiziya yarışların rəsmi açılışının birbaşa efirdə yayımlanıb-yayımlanmayacağını bildirmir. Bu barədə TV proqramlar cədvəlində də məlumat verilməyib.
Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyanın başçılıq etdiyi Ermənistan idmançılarının birinci qrupu Avropa Oyunlarında iştirak etmək artıq Bakıya gəliblər.
İyunun 10-da Ermənistan idmançılarının Bakıya yola salınması mərasimində Ermənistan Milli Olimpiya Komitəsinin sədri Qaqik Tsarukyanla Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.




















