Fırıldaqçı Peterburq sakinlərindən prokurorluğa konyak gətirmələrini xahiş edibmiş

Özünü yerli prokurorluq işçisi kimi təqdim edən fırıldaqçı Sankt-Peterburq sakinlərinə zəng edərək, onları qəbula dəvət edərək özlərilə konyak gətirmələrini tövsiyə edirmiş.
Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, çox adam aldanıb və bir-bir prokurorluğa gələrək konyak gətirib. Bildirilir ki, 10 nəfərə yaxın insan bu zənglərə aldanıbmış.
Prokurorluqdan polisə müraciətlə, zəng edənin kimliyinin müəyyən edilməsi xahiş olunub.
Bundan əlavə, prokurorluğun özündə daxili yoxlama da aparılır. Bildirilir ki, fırıldaqçının nə səbəbdən belə əmələ əl atdığı müəyyən edilsə də, hələlik bu versiyanı səsləndirmək istəmirlər.
Polis isə prokurorluqdan müraciət olunduğunu təsdiq edib və bildirib ki, bu faktla əlaqədar fırıldaqçılıqla bağlı cinayət işi açılıb.




















