Yerevan: nümayişçilər şəhərin mərkəzində hərəkəti bağlayıb

Etirazçılar zibil qutularından barrikada yaradıb.
Şəklin alt yazısı, Etirazçılar zibil qutularından barrikada yaradıb.
Çap edildi

Elektrik enerjisinin bahalaşması haqqında qərara etiraz edənlər artıq bir sutkadır ki, Ermənistan prezidentinin iqamətgahı yerləşən Bağramyan prospektini bağlayıb və nəqliyyat hərəkətini dondurublar.

Minlərlə insan gecəni küçədə keçirib, BBC Azərbaycancanın müxbiri Aleksey Manvelyan məlumat verir.

Ermənistanın digər bölgələrində də etiraz aksiyaları baş verir. Vanadzor, Gümri şəhərlərində oturaq tətillər keçirilir, Çarentsavan şəhərində əhalini məlumatlandırmaq və “cəlb etmək məqsədilə” avtomobil yürüşü təşkil edilib.

Əvvəlki gündən fərqli olaraq etirazçılarla üzbəüz dayanan polis qüvvələri hərəkətə gətirilməyib
Şəklin alt yazısı, Əvvəlki gündən fərqli olaraq etirazçılarla üzbəüz dayanan polis qüvvələri hərəkətə gətirilməyib

Yerevanda havanın hərarəti 37 dərəcə və iş günü olduğuna baxmayaraq, artıq saat 15:30 radələrində aksiya yerinə 2 mindən çox adam toplaşıb.

Gecədən bəri nümayişçilərdən zibil qutularından qurulmuş “barikada”nın 30 metrliyində keşik çəkən xüsusi təyinatlı polis dəstəsi çıxarılıb və yerinə yarım metr hündürlüyündə metal baryerlər düzülüb.

Havanın 37 dərəcə olduğuna baxmayaraq, artıq günortadan Yerevan sakinləri aksiya yerinə toplaşmağa başlayıblar
Şəklin alt yazısı, Havanın 37 dərəcə olduğuna baxmayaraq, artıq günortadan Yerevan sakinləri aksiya yerinə toplaşmağa başlayıblar

Nümayişçilər isə günəşdən qorunmaq üçün kafe çətirləri gətiriblər. Bundan başqa etirazçılar daha bir neçə iri zibil qutusunu gətirib və ikicərgəli “barrikada”ya üçüncü cərgəni əlavə ediblər.

Bu səhər onlar ərazini süpürüb təmizləyib və burada quraşdırılan dinamiklərdən yayılan musiqi sədaları altında rəqs ediblər. Onlar həmçinin, dünən polis məntəqələrindən buraxılan yoldaşlarını bir-bir qarşılayır.

Gənc oğlanlar nümayişçilərə kartoflu pirojki və su paylayır. Bunlar mitinq iştirakçılarının ianə etdiyi pulun hesabına alınır.

Axşam saat 18-də əhaliyə etiraz aksiyası haqqında məlumat vermək və aksiyalara fəal qatılmaq təklifi məqsədilə Azadlıq meydanında mitinq və şəhərin mərkəzi küçələri ilə yürüş keçirməlidir.

Zibil qutularından qurulmuş barrikadalar səhər yığışdırılmayıb
Şəklin alt yazısı, Zibil qutularından qurulmuş barrikadalar səhər yığışdırılmayıb

Ermənistan Milli Məclisinin bir sıra qeyri-iqtidar millət vəkilləri etirazçılarla polis cərgələri arasında “canlı divar” qurub, gecə burada qalıblar.

İyunun 23-də “Talana yox!” hərəkatının həbsdəki yoldaşlarının azad edilməsi tələbilə mitinqi əvvəlkilərindən daha izdihamlı olub.

Bir gün əvvəl, çoxlarının, o cümlədən bir sıra hüquq müdafiə təşkilatlarının fikrincə, polisin “qeyri-adekvat” güc tətbiq etməsi əhalini daha da hiddətləndirib.

İyunun 23-də səhər saat 5:30 radələrində polis güc tətbiq edərək Bağramyan prospektində etirazçıların piketini dağıdıb. Nəticədə 30-a yaxın insan xəsarət alıb, 237 nəfər həbs olunub.

Lakin həmin gününün axşamı Ermənistan polis rəisinin müavini Hunan Poğosyan bütün həbs edilən fəalların azad olunduğunu elan edib.

Hərçənd ki, etirazçılar prospekti tərk etmək niyyətində olmayıb.

“Talana yox!” təşəbbüsü ötən həftədən elektrik enerji tariflərinin qaldırılmasına qarşı etiraz aksiyaları təşkil edir.

Səhər etirazçılar ilk növbədə ərazını süpürüb təmizləyir
Şəklin alt yazısı, Səhər etirazçılar ilk növbədə ərazını süpürüb təmizləyir

Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının 17 iyun tarixli qərarına əsasən, <link type="page"><caption> elektrik enerjinin tarifləri təxminən 16 faiz artırılıb</caption><url href="http://www.bbc.com/azeri/region/2015/06/150618_electricity_tariffs_armenia.shtml" platform="highweb"/></link>.

Avqustun 1-dən Ermənistan istehlakçıları gündüz saatlarında istifadə edilən 1 kilovat saat elektrik enerji üçün 48,78 dram (təxminən 10,3 cent), gecə saatları üçün – 38,78 dram ödəməli olacaqlar.