Yerevanda növbəti mitinq baş verir

Çap edildi

Ermənistan paytaxtında elektrik enerjisi tariflərinin qaldırılması qərarının ləğv edilməsi tələbi ilə cümə günü axşamı başlanan növbəti mitinq iştirakçılarının sayı son günlər ərzində rekord həddə çatıb. Gücləndirilmiş polis qüvvələrinin sayı da artırılıb.

Ermənistan Milli Məclisinin qeyri-iqtidar üzvləri, tanınmış mədəniyyət xadimləri və şou biznes nümayəndələri polis qüvvələri ilə nümayişçilər arasında “canlı hasar” yaradıb.

İyunun 23-ü səhəri su şırnaqları ilə və fiziki güc tətbiq edərək nümayişi dağıdıb. Ondan sonra bu günə kimi polis dinc aksiya iştirakılarına qarşı güc əməliyyatı tətbiq edilməyəcəyini bəyan edir.

Yerevan polis rəisinin müavini Valeri Osipyan bir neçə dəfə “Talana yox!” təşəbbüs qrupu üzvlərinə yaxınlaşıb, asayişin qorunması məsələsini müzakirə edib.

Hazırda hüquq müdafiəçiləri kənarda baryerlər arxasından mitinqi izləyir.

Mitinqlə bərabər Ermənistan prezidenti Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyası idarə heyətinin iclası baş verir.

İnformasiya agentlikləri prezidentin iştirakı ilə yaranmış vəziyyətdən çıxış yollarının müzakirə olunacağını güman edirlər.

Ermənistanın bir sıra şəhər və rayonlarında da elektrik enerjinin bahlaşması qərarının ləğv edilməsi tələbi ilə etiraz aksiyaları keçirilir.