Poroşenko Rusiyaya qarşı yeni sanksiyalara çağırıb

Şəklin mənbəyi, Reuters
ABŞ Konqresinin üzvləri ilə Kiyevdə keçirilən görüşdə Ukrayna prezidenti Petr Poroşenko Minsk sazişlərinin pozulacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməyə çağırıb, ölkə başçısının saytı xəbər verir.
“Söhbət sanksiyaların yeni dalğasından, yaxşı koordinasiya edilmiş addımlardan gedir. Rusiya ukraynalıların öldürülməsi və Ukraynanın isğalına görə cavab verməlidir,” Poroşenko deyib.
Ukrayna prezidenti Amerika Birləşmiş Ştatlarına hərbi, hərbi-texniki, maliyyə və mənəvi dəstəyə görə öz təşəkkürünü bildirib.
Poroşenko Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Helsinkidə keçiriləcək iclasında iştirak edəcək ABŞ Konqresi nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Bir az əvvəl məlum olub ki, Finlandiya, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin və bir neçə deputatın ölkəyə girişinə qadağa qoyub.
Buna etiraz olaraq Rusiya nümayəndə heyətinin bütün üzvləri iclasda iştirakdan imtina edib.




















