İranın nüvə proqramı danışıqlarının müddəti uzadıla bilər

Şəklin mənbəyi, Reuters
İranın nüvə proqramı danışıqlarının iştirakçıları səaziş əldə olunması üçün müddətin uzadıla biləcəyini bəyan ediblər.
ABŞ-ın dövlət katibi John Kerry danışıqların bütün tərəflərinin hərtərəfli razılığa gəlinməsini qarşılarına vəzifə kimi qoyuqlarını bildirib. O həm də danışıqların əbədi davam etməyəcəyini də deyib.
John Kerrynin fikrincə əsas qərarlar yaxın vaxtlarda razılaşdırılmalıdır. ABŞ dövlət katibi etiraf edib ki, hazırda bir çox problemli məsələlərdə kompromis əldə etmək mümkün olmayıb.
İranın nüvə proqramı haqqında danışıqlar artıq iki həftədir Vyanada davam edir.
Sazişin əldə olunması üçün son müddət iyulun 7-dən 9-na qədər uzadılmışdı. Mətbuatda gəzən qeyri-rəsmi xəbərlər isə müddətin iyulun 13-nə qədər uzadıla biləcəyini deyirdi.
Amerikanın nümayəndə heyəti İran və beynəlxalq danışıqlar "altılığı" arasında imzalanmış sənədin qısaldılmış prosedura dair konqresdə səsvermədən keçməsini istədiyi üçün danışıqların iyulun 9-də sonunadək sonlanacağına ümid edirdi.




















