Tbilisidə "Stop Russia!" şüarı altında aksiya keçirilib

Tbilisidə "Stop Russia" şüarı altında aksiya keçirilib
Şəklin alt yazısı, Tbilisidə "Stop Russia" şüarı altında aksiya keçirilib
Çap edildi

Tbilisinin mərkəzində "Stop Russia!" şüarı altında Rusiyanın Abxaziya və Cənubi Osetiyada apardığı siyasət və Gürcüstan hökümətinin Moskva ilə münasibətləri əleyhinə kütləvi aksiya keçirilib.

Aksiya iştirakçıları "Rusiya işğalçıdır!", "Düşmənlə əməkdaşlığa - yox!" şüarları yazılmış plakatlar qaldırmışdılar.

Aksiya ötən gün Gürcüstan höküməti binası önündə keçirilib.

Aksiyada çıxış edənlər Gürcüstanın Rusiya tərəfindən "işğalına" və Gürcüstan rəsmilərinin Moskvanın hərəkətləri qarşısında passivlik nümayiş etdirmələrilə bağlı etirazlarını söyləmişdilər.